3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyanın Portished şəhərindən olan 3 yaşlı Teddi Hobbs ana dilindən əlavə, 6 xarici dildə 100-dək saymağı öyrənib və "Mensa" beynəlxalq vunderkindlər klubunun ölkə üzrə ən gənc üzvü olub.
Milli.Az big.az-a istinadən bildirir ki, bu barədə "The Mirror" yazır.
Teddi oxumağı hələ 2 yaşında, "COVİD-19" pandemiyası dövründəki qapanma zamanı öyrənib.
Onun 31 yaşlı anası Betin sözlərinə görə, valideynlər kitaba həvəs göstərən Teddini çoxlu kitabla təmin ediblər və artıq 2 yaş 2 aylığında uşaq sərbəst şəkildə kitab oxumağı bacarıb.
Milad bayramında valideynləri ona oynamaq üçün planşet hədiyyə ediblər. Lakin Teddi oyun əvəzinə, planşetlə mandarin çincəsində 100-dək saymağı öyrənib.
Övladlarının istedadını görən Bet və Uill cütlüyü nəhayət "Mensa" vunderkindlər klubuna müraciət ediblər. Həmin vaxt 3 yaş 7 aylıq olan uşaq təşkilatın ekspertləri ilə bir saatlıq onlayn-müsahibədən uğurla keçib. O, 160-dan 139 bal toplayıb. Məlum olub ki, Teddinin İQ (İntellekt əmsalı) səviyyəsi 99,5-dir.
3 yaş 8 aylığında bu uşaq hərf və sözləri 8 yaş 10 aylıq uşağın səviyyəsində ayırd edə bilib.
Teddi "Mensa" sertifikatını alaraq bu ölkədə təşkilatın ən gənc üzvünə çevrilib. Hazırda o, uşaq bağçasına gedir, sentyabr ayında isə məktəbə getməyi planlaşdırır.
3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEOTeddi 6 xarici dildə 100-dək saymağı bacarır. Bura mandarin çincəsi, valli, fransız, ispan və alman dilləri daxildir.
Uşağın anası istedadlı uşaqlar üçün xeyriyyə təşkilatı olan "Potential Plus" ilə əlaqə saxlayaraq burada konsultasiyadan keçib. Betin özü 4 yaşında oxumağı öyrənib.
Təhsildən əlavə, Teddi üzgüçülük və gimnastika ilə maraqlanır. O, 15 aylıq bacısı Pippa üçün kitab oxumağı sevir. Böyüyəndə həkim olmağı düşünən vunderkind hazırda ölkələrin bayraqlarını öyrənməyə başlayıb.
"Teddinin yaxşı bir insan olmasını və həyatdan zövq almasını istəyirik. Hər bir valideynin istəyi də elə budur", - deyə Bet vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
XƏBƏR LENTİ
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)





