İblisin vəsvəsələrindən necə amanda qalaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
llah Təala günah və günahkarlar haqqında buyurur: "Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar".
Bütün insanlar öz dünyalarına ziyan verən şeylərdən uzaq olarlar. Hətta əgər bu ziyan az miqdarda olsa belə. Ancaq bu insanların əksəriyyəti axirətləri üçün ziyan olan əməllərdən çəkinməzlər.
İmam Əli (ə) buyurur ki, təccübdəyəm o insanlara görə ki, qorxudan əziyyət çəkir, yeməkdən uzaq olurlar. Necə atəşin qorxusundan günahdan çəkinmirlər? Əgər günaha düçar olsaq, peşmançılıq çəkərik, üzümüzü Sübhan Allaha tərəf tutarıq. O, bizi bağışlayar. Ancaq daha yaxşı olar ki, günah işlətməyək və sonra da tövbə etməyə məcbur olmayaq.
Aqil insan bilir ki, onun malik olduğu ən əziz şey - paklıq və daxili təharətdir. Ona görə də günahdan uzaq olar. Elə yaşayar ki, günah ona yaxınlaşmasın. Şeytan lənətliyin ona əli çatmaz.
İmam Kaızm (ə) buyurur: "Aqil insanlar dünyanın çoxundan əl çəkiblər, o ki, qaldı günaha! Dünyanı tərk etmək fəzilətdir, günahı tərk etmək isə vacib".
Ayətullah Cavad Amuli bu haqda buyurur: "Allah bu fəzilətləri əmanət kimi daxilimizə qoymuşdur. Bir qrup mütəxəssis, daxilini tanıyanları, şəxsiyyət tanıyanları peyğəmbərlər adı ilə göndərmişdir ki, bu daxili əmanəti çiçəkləndirib bizə təqdim etsinlər. Bəhrəsi də bizə çatsın. Sonra da bizə ehtiyat etməyi əmr etdilər. Yəni dininizin ətrafına divar çəkin".
Ali dini rəhbər isə İmam Əlinin (ə) "Qoymayın ki, əcəmilər din hərəminizə daxil olsunlar" hədisinə işarə edərək buyurmuşdur: "Bu hədisdə Həzrət (ə) insanlara başa salır ki, sənin bir qardaşın var və o, sənin dinindir. Dininin ətrafına divar çək ki, hər kəsin tamahı düşməsin. Elə yaşayın ki, dostlarınız sizə günah təklifi etməsinlər".
Ayətullah Cavad Amuli buyurur: "Şeytanın işi budur ki, əsl xəzinəni bizə unutdursun. İlahi insanlar o kəslərdir ki, mədənşünasdırlar, hərimşünasdırlar, məhrəmşünasdırlar. Əgər bir haramın əhram bağlayıb qəlb evinizin ətrafında təvaf etdiyini və qəlb kəbəsinin açılması ilə qəlbinizə girməsini gözlədiyini görərsə, tez bir zamanda ayılar və onu məhv edər. Bizə deyilir ki, şeytani vəsvəsədən uzaq olmaq üçün "Əuzu-Billəhi minəş-şeytani rəcim!" zikrini deyək. Əlbəttə, bu zikr dildə deyilən zaman savabı vardır və təsirsiz deyildir. Ancaq mühüm olan - pənah yerinə getməkdir. Allah buyurur ki, Mənim bir pənah yerim vardır ki, hər yerdədir və həmişəlikdir. Qapısı açıq və açar istəmir. Hər kim "Lə İləhə" İlləllah" kəlməsini deyər, bu qalaya daxil olar. Təhlükədən amanda olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb





