Qara qarağat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qara qarağat haqqında ümumi məlumat
Qara qarağat hündürlüyü 1,5-2 metrə qədər qalxa bilən qarağat kolunun meyvəsidir. Qarağat kolunun sarı-boz zoğları yayın sonlarına yaxın onların rəngi dəyişərək qəhvəyi olur.Qara qarağat yarpaqları beş ədəd üçbucağın birləşməsindən əmələ gələn formaya bənzəyir və kol budaqlarının üstündə sıra ilə düzülərək böyüyür. Onun saplaqları 12 sm uzunluğunda və xüsusi qoxuya malik olur. Saplaqlardan 7-9 mm ölçüdə açıq-bənövşəyi və ya çəhrayının boz çalarında olan çiçəklər açır. Qara qarağatın tünd bənövşəyi və ya qara rəngli giləmeyvələri olur. Qara qarağat may-iyun aylarında çiçək açır və iyun-avqust aylarında meyvələri yetişir.
Qara qarağata Rusiyanın, Azərbaycanın, Ukraynanın, Orta Asiya ölkələrinin əksər ərazilərində rast gəlmək mümkündür. O meşələrdə, düzənlik ərazilərdə, nəmişlik yerlərdə, bataqlıq kənarlarında, yol kənarlarında yabanı halda bitir.
Qara qarağatın yarpaqlarından, meyvələrindən, bəzi hallarda isə toxumlarından istifadə olunur.
Qara qarağatnın Tərkibi
Qara qarağat azkalorili giləmeyvələrdəndir. 100 qram giləmeyvədə 63 kKal var.
100 qram qara qarağatın qida dəyəri:
- Zülallar - 1 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 7,3 qr
- Su - 83 qr
- Kalori - 63.
Qara qarağatın Xeyri
Qara qarağat vitamin küpüdür. Onun tərkibi C, B1, B6, B9, D, E, K, P, A vitaminləri, pektin, karotinoidlər, şəkər, təbii və fosfor turşuları,tanin maddələr, efir yağları, fosfor, dəmir və kalium duzları ilə zəngindir.
Qara qarağatın tərkibində C, E vitamini, fitonsidlər, maqnium, marqanes, gümüş, qurğuşun, kükürd və efir yağları var.
Təzə dərilmiş qarağat giləmeyvəsi əvəzolumaz vitaminlərlə doludur. Bu səbəbdən də avitaminozdan, mədə turşuluğunun az olmasından, mədə yarasından, bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qara qarağat yemək çox faydalıdır.
Qara qarağat hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirib az-az yemək lazımdır.
Qara qarağatdan orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək, iltihab əleyhinə, iştahaçıcı məqsədlə qəbul edilir.
Bu giləmeyvə böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkəri diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır.
Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə eləmək çox faydalıdır.
Qara qarağat yarpaqlarından dəmlənən çay çox ətirli və dadlı olur. Bu çayın tərkibi isə bioloji aktiv maddələr, tanin maddələri, efir yağları, vitaminlər və fitonsidlərlə zəngin olur.
Yarpaqlarının tərkibində olan C vitaminin miqdarı giləmeyvələrinin tərkibində olan C vitamininin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və oirqanizmi təmizləyici təsirə malikdir. Qastrit, podaqra və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələri onlardakı xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir.
Qara qarağat dəmləməsi baş ağrıları, yuxu pozğunluqları və nevroloji xəstəliklər zamanı sakitləşdirici təsir göstərir.
Qara qarağatın Ziyanı
Tromboflebit, mədə turşuıuğunun çoxluğu, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərə qara qarağatdan istifadə eləmək məsləhət görülmür. Qara qarağatın qara ciyər fəaliyyətini artırmağına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə eləmək məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə eləmək qanın laxtalanmasına səbəb ola bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz





