Maraqlı

Qeyri-adi feyxoa mürəbbəsi

12 Yanvar 2023 21:30
Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən biz feyxoanı blenderdə əzib və ya ətçəkən maşınından keçirdib şəkər tozu ilə qarışdırırıq.

Sizə təqdim etdiyimiz mürəbbə resepti isə tam fərqlidir. Mürəbbə həm dadlı, həm də çox gözəl alınır. Əsl süfrə bəzəyi!

Lazım olan məhsullar:

Feyxoa - 0,5 kq

Şəkər tozu - 250 qr

Su - 0,5 l

Konyak - 2 ç.q.

Hazırlanması

1. Tam yetişmiş feyxoa götürürük. Feyxoanın qabığını soyuruq (qabıqları atmırıq). Feyxoa çox bərkdirsə, meyvələri iti çəngəllə iki tərəfdən deşirik. Meyvələri soyuq suya qoyuruq ki, rəngi tündləşməsin.

2. Qazanda şəkər tozundan və sudan şirop hazırlayırıq.

3. Hazır siropa feyxoanın qabıqlarını tökürük və 5 dəqiqə ərzində vam odda qaynadırıq. Daha sonra siropu süzgəcdən və ya tənzifdən yaxşı süzürük.

4. Siropa feyxoa meyvələrini tökürük və orta odda 40 dəqiqə ərzində bişiririk. Mürəbbəni vaxtaşırı olaraq qarışdırmaq lazımdır. Hazın olana 1 dəqiqə qalmış mürəbbəyə konyak əlavə edirik.

5. Mürəbbəni steril bankalara yığırıq, dəmir qapaqlarla bağlayırıq, qapaqları aşağı olmaqla süfrənin üstünə düzürük və isti ədyalla bükürük.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.