Maraqlı

Məşhur amerikalı qadın aparıcı vəfat etdi

31 Dekabr 2022 09:36
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ televiziyasının ikonası sayılan Barbara Volters 93 yaşında dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Dövrünə görə dünyaca məşhur siyasətçilərdən müsahibə ala bilmiş ilk qadın jurnalistlərdən olan B.Volters ABŞ-nin Nyu-York ştatında vəfat edib.

Qeyd edək ki, Barbara Volters amerikalı televiziya aparıcısı, jurnalist və yazıçı olub. B.Volters "Today" səhər verilişi və "The View" tok-şousunu, "20/20" və "ABC Evening News" axşam xəbərləri verilişlərini aparıb və "World News"un müxbiri olub.

O, 10 il aparıcılıq etdiyi NBC-nin "Today" səhər xəbərləri ilə məşhurlaşıb və sonra 25 il ABC-nin "20/20" xəbər buraxılışına aparıcılıq edib. Karyerasının sonrakı illərində o, fəaliyyətinə görə "Emmi"nin televiziya üzrə mükafatını layiq görüldüyü "The View"da aparıcı olub. 2014-cü ildə o, peşəkar karyerasını başa vurduğunu elan etsə də, 2015-ci ilin noyabrında ABC-nin "20/20" proqramında Respublikaçıların prezidentliyə namizədi Donald Tramp və onun ailəsindən müsahibə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.