Maraqlı

Lunatizm irsi xəstəlikdir

7 Yanvar 2023 21:45
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

Lunatizm və ya somnambulizm ilə xəstə olan insan yuxuda olduqda müxtəlif hərəkətlər edir - gəzir, paltar geyinir, hətta maşın sürürlər. Yuxudan ayıldıqda bu insanlar yuxuda etdiyi hərəkətləri xatırlaya bilmirlər.

Alimlər lunatizmdən əziyyət çəkən bir ailənin 4 nəslin nümayəndələrinin qanının xromosom analizini etdkdən sonra, onların 20-ci xromosomlarında bir hissə aşkar etdilər ki, məhz bu hissə lunatizmin əmələ gəlməsində "məsuliyyət" daşıyır. Bu hissədə 28 qen olduğu üçün bu xəstəliyin əmələ gəlməsinə cavabdeh olan konkret bir gen hələ ki müəyyən edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.