Maraqlı

“Apple” problemli “iPhone”ları yenisilə dəyişməyi təklif etdi

24 Dekabr 2022 15:47
Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən bahalı "Apple" smartfonlarının istifadəçiləri ekranla bağlı texniki qüsur aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nasazlıq "iPhone 14 Pro" və "14 Pro Max" modellərində müşahidə olunub. İstifadəçilərin sözlərinə görə, telefonların ekranlarında yaşıl və sarı üfüqi zolaqlar aşkar edilib. Onlar adətən cihazın kilidi açıldıqda peyda olur.

Problemi tədqiq edən həvəskarlar onun smartfonların əməliyyat sistemi ilə bağlı ola biləcəyini bildiriblər.

Qeyd edilib ki, "Apple" artıq qüsuru etiraf edib və problemli telefonu yenisi ilə dəyişməyi təklif edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.