Maraqlı

Damarlarda trombun olduğunu göstərən ƏLAMƏT

1 Yanvar 2023 20:01
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Damar içində tromb ciddi təhlükə yarada bilər.

Bunu bilib, vaxtında tədbirlər görmək lazımdır.

Milli.Az  medicina.az-a istinadən bildirir ki, həkim kardioloq Oleq Varfolomeyev bu qan pıxtalarının sonradan ölüm təhlükəsi saçan tromba çevrildiyini bildirib.

"Ayaqlarda dərin vena trombozunu müntəzəm yoxlatmaq lazımdır. Müəyyən amillər var ki, trombozu artırır. Artıq çəki, siqaret, qadınlarda hamiləlik əleyhinə dərmanlar, hamiləlik özü, 60 yaşdan yuxarı yaş, şəkər xəstəliyi, əməliyyatlar, hərəkətsiz qalmaq və s.

Bəs ayaqlarda tromb olduğunu necə bilmək olar: istənilən ağrı, ayağı bir hissəsində nəbzvari vurğu kimi hiss, bir ayağın şişkinliyi, qıcolmalar, dəridə ağarma, göyərmə, şişkinlik. Əgər bu əlamətlər varsa, dərin doppler olunmalıdır.

Bu əlamətlər başqa xəstəliklərdə də olur, amma həyati təhlükə trombda olur. Ona görə birinci o yoxlanmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory