Maraqlı

Sükan arxasına keçən it qəzaya düşdü - VİDEO

21 Dekabr 2022 18:45
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Qronan kəndində it sahibinin "cip"inin sükanı arxasına keçərək park edilmiş qonşunun maşınına çırpılıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

60 yaşlı Syu Bryuer, qızının Freya adlı itini "Jeep Cherokee" avtomobilinin ön sərnişin oturacağının altına qoyub. Qadının diqqəti yayınanda it sürücünün oturacağına tullanıb və təsadüfən irəli sürüb. Nəticədə "cip" irəli gedərək qonşuya məxsus avtomobilə çırpılıb.

34 yaşlı Şon Uoller evinin qarşısında səslər eşidib, nə baş verdiyini görmək üçün çölə çıxıb və qonşunun maşınının onun maşınına çırpıldığını görüb. Uoller qapı zənginə quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxıb və maşını Freyanın idarə etdiyini görüb. Kişi və ailəsi hadisəyə gülüblər və köhnə avtomobillərinə dəyən ziyanın ödənilməsini tələb etməyiblər.

Bryuer bildirib ki, qəzadan sonra Freya özünü yaxşı hiss edib və ailənin sevimlisi olaraq qalıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.