Maraqlı

Qadın gözəlliyinin sirləri

22 Dekabr 2022 08:41
Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Görkəminizin necə olduğunu bilmək üçün güzgü ən yaxşı vasitədir. Necə deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Həyat tərzinizi düzənə salsanız, şən və gümrah əhval-ruhiyədə olacaqsınız. Bunun üçün sizdən çox şey tələb olunmur. Yeməyinizə, bağırsaqlqrınızın normal işləməsinə, yuxunuzun normal olmasına diqqət yetirsəniz kifayətdir.
Ancaq sağlam, təravətli və elastik dəri öz mürəkkəb funksiyasını yerinə yetirə bilər. Ona görə də dəriyə xüsusi qulluq lazımdır. Dərinin üzərində daim epidermik hüceyrələrdən və piy təbəqəsidən ibarət qat əmələ gəlir. Tərləmə zamanı piy vəzilərinin fəaliyyəti daha da artır. Dərinin tərlədiyi hamılya məlumdur. Tər ifrazatını sinir sistemi nizamlayır. Tez əsəbləşən adamlar daha çox tərləyirlər. Belə adamlar nəinki isti havada, hətta əsəbləşəndə, həyəcanlananda da tərləyirlər. Bunun qarşısını almaq üçün əvvəlcə həkimlə məsləhətləşmək lazımdır. Tərləməni azaltmaq üçün bir sıra gigyenik prosedurlara əməl etmək lazımdır.
Dərinin gözəl, təravətli və sağlam olması üçün su prosedurları mühüm rol oynayır. Sərin su ilə yuyunmaq bədəni sağlamlaşdırır, əsəbləri sakitləşdirir. İsti su ilə yuyunmaq isə dərinin qan dövranını yaxşılaşdırır və dərinin qidalanmasına münasib şərait yaradır. Gah isti, gah da soyuq su ilə yuyunmaq isə dəriyə daha yaxşı təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.