Maraqlı

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

4 Dekabr 2022 13:40
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boyunduruğu xatırladan çanta 10,5 min dollara satılır.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Double Kalimero çanta modeli ilk dəfə 2023 yaz-yay mövsümündə təqdim ediləcək.

Brendin kreativ direktoru Matthieu Blazy körpü ilə iki vedrədən ibarət çanta kimi bir şey yaratmağa qərar verib. Aksessuar orijinal dəridən "Intreccio" moda evinin imza toxunuşunda hazırlanıb. Çantanın şokolad və parlaq sarı rəngləri satışa çıxarılıb.

Məlumata görə, çantanın heyrətamiz qiymətinə baxmayaraq, "Bottega Veneta" saytında çantanın hər rəngindən yalnız bir dənə əldə etmək mümkün olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.