Mərifətin səmərəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zahidliyə səbəb olan və insanı dünyaya əsirlikdən nicat verən "mərifət" nədir?
İmam Əli (ə):
يَسيرُ الْمَعْرِفَةِ يُوجِبُ الزُّهْدَ فِى الدُّنْيا
"Azacıq mərifət dünyada zahidliyə səbəb olur."
("Qurərul-hikəm", 6-cı cild, səh.456, hədis 10984.)
Qısa izah
"Zahidliyə səbəb olan və insanı dünyaya əsirlikdən nicat verən "mərifət" nədir?" - sualına cavab vermək üçün üç mətləbə diqqət yetirməliyik:
1. Hədisdə qeyd olunan "mərifət"də Allaha mərifət (Allahın tanımaq) nəzərdə tutulur; yəni Allahla, "camal" və "cəlal" sifətləri ilə müxtəsər tanışlığı olan insan dünyada zahid olar və dünyaya əsir düşməz.
Allaha mərifəti olan şəxs Onun kamal dəryası və bütün varlıq aləminin genişliyi ilə belə, ən böyük okeanın müqabilində ən kiçik şeh olduğunu yaxşı dərk edir! Şübhəsiz, belə bir şəxs dünya qul olmaz.
İmam Əlinin (ə) ifadəsi ilə desək, "nəzərində yalnız varlıq aləminin Xaliqi böyük, Ondan qeyrisi isə kiçik olan"[1] şəxs dünyaya bağlanmaz. Elə bu dünyagörüşünə əsasən, o həzrət dünyanı heyvanın burnunun suyundan dəyərsiz bilmişdir![2]
2. Məqsəd dünyanın özünü tanımaqdır. Ötəri və vəfasız dünyanı - insanı bir an içərisində xoşbəxtlikdən bədbəxtliyə tullayan, sağlamlığı əldən alan, kiçik bir hadisə ilə bütün dostları, tanışları və qohumları ölümə aparan dünyanı tanıyan insan ona bel bağlayarmı?! Demək, dünya qulları və əsirləri onu yaxşı tanımamışlar. Çünki dünyanın mahiyyəti ilə azacıq belə tanış olsaydılar, əsla ona qul olmazdılar!
3. İnsanın öz məqam və qiyməti ilə tanışlığı onu dünyaya bağlılıqdan nicat verir. Öz qədir-qiymətini bilən insan özünü ötəri məqama və yaxud azacıq mala satmaz. Mələklərdən üstün dərəcəyə qalxa biləcək qiymətli insan məqamı ucuz satılmamalıdır.
Onu Behişt və Allah razılığından ucuz qiymətə satmaq ona cəfadır. İnsanın yer üzündə Allahın xəlifəsi və nümayəndəsi olmasını, bütün mələklərin onun müqabilində səcdə etməsini bilməyən şəxs özünü ucuz satacaqdır. Necə ki, ləl-cavahirat və qiymətli əşyaları tanımayan şəxsin onu ucuz qiymətə satması mümkündür!
"Mərifət" sözü qeyd etdiyimiz hər üç təfsir və mənanı daşıya bilər; yəni insanın Allahı, dünyanı və özünü tanıması, onlara mərifəti onu dünyaya bağlılıqdan və ona qul olmaqdan nicat verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





