Maraqlı

Hipofizar kaxeksiya

6 Dekabr 2022 08:55
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumi məlumat:
Hipofizar kaxeksiya - birincili hipofizar çatmamazlıq hesab olunur ki, bu zaman hipofiz hormonlarının çoxunun sekresiyasının pozulması baş verir. Bunun nəticəsində periferik endokrin vəzlərin ikincili hipofunksiyası inkişaf edir.
Səbəbləri:
Bu patologiyanın əsas səbəbləri travmalar, infeksiyalar ( sepsis, ensefalitlər, vərəm, sifilis), damar pozgunluqlarıdır ( spazm, kollaps).  Bunlar da hipofizin ön divarının hipotrofiyası və ya atrofiyasına səbəb olur. Bu da öz növbəsində periferik endokrin vəzlərin aktivliyini stimulyasiya edən hormonların hasil olmasını ləngidir.
Klinikası:
Xəstəliyin klinikası hipofizin funksiyasının azlma səviyyəsindən asılıdır. Bu zaman insanın çəkisi kəskin olaraq aşağı düşür, kaxeksiya- kəskin arıqlama baş verir. Xəstəlik zamanı elacə də qalxanvari vəzin, cinsiyyət vəzlərinin, böyrəküstü vəzlərin çatmamazlıqları simptomları meydana çıxır.

Siz nə edə bilərsiniz:
Bu zaman mütləq həkim- endokrinoloqa müraciət etmək lazımdır

Həkim nə edə bilər:
Həkim xəstəyə tərkibində kifayət qədər zülal, yağ, vitamin olan pəhriz təyin edir. Müvafiq hormonlarla əvəzedici terapiya aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.