Maraqlı

Oynaqlarda ağrılar qaraciyərin piyləndiyini göstərir

19 Noyabr 2022 21:25
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaraciyər piylənməsinin proqressivləşməsi orqanizmdə autoimmun prosesləri işə salır, bu da oynaqları sıradan çıxarır.

"Medicina" xəbər verir ki, dünya əhalisinin 25-30%-də yüngül və orta dərəcədə qaraciyər yağlanması var.
Qaraciyər yağlanması o deməkdir ki, orqanın hüceyrələri öz daxillərində və hüceyrəarası hissədə piy, yağ toplayır.
Mayo klinikasının həkimləri bildirir ki, əgər qaraciyərdə piy səviyyəsi bütün orqanın 5-10 faizi həcminə çatırsa, bu problemi vəziyyətdir.

Piylənmə qaraciyərin toksinlərdən təmizlənməsi, qanı təmizləməsi və öd hasili funksiyasını pozur.

Nəticədə bədəndə iltihab artır, oynaqlarda iltihabi proseslər yaranır.

Ona görə oynaqları sıradan çıxanlar autoimmun prosesləri yatırtmaqdan əlavə, qaraciyərini də yoxladıb, onu müalicə etməlidir.

Hepatit xəstələrində oynaqlarda diffuz ağrılar olur, bunlar revmatik xəstəliklərlə çox bənzərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.