Pnevmoniyanın əsas əlamətləri açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.
O bildirib ki, simptomları xarakterik və ümumi ola bilir: "Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır.
Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir.
Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur. Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azalması və s. kimi simptomlar daxildir.
Pnevmoniya üçün adətən yüksək qızdırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir".
Ekspert vurğulayıb ki, pnevmoniya hər yaşda müşahidə oluna bilər: "Lakin 2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahsızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəs alma, baş ağrısı və sairədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





