Maraqlı

Bu ölkədə meymunçiçəyindən ilk ölüm

17 Noyabr 2022 23:35
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Səhiyyə Nazirliyi Çilidə meymunçiçəyinin ağırlaşması nəticəsində ilk ölüm hadisəsi barədə məlumat verir. Bu, sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir", - məlumatda deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun xroniki xəstəlikləri olub, immuniteti zəifləyib.

Bu günə qədər Çilidə meymunçiçəyinə 1 200-dən çox yoluxma müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlərə başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.