Maraqlı

Bağırsaqların hərəki fumksiyasının pozulması

20 Noyabr 2022 02:02
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aiddir:
- peristaltikanın qüvvətlənməsi
- peristaltikanın zəifləməsi.
Peristaltikanın qüvvətlənməsi.
Bu iltihabi proseslər (enteritlər, kolitlər), yaxşı çeynənməmiş qida maddələririnin mexaniki təsiri, keyfiyyətsiz qidanın tərkibində olan qıcıqlandırıcıların və mikrob toksinləri səbəbli olur. Bağırsaqların peristaltikası sinir və endokrin sistemin patologiyaları zamanı da qüvvətlənə bilir. Məsələn, qüvvətli həyəcan və qorxu keçirən adamlarda vegetativ sinir sisteminin fəaliyyətində olan dəyişikliklər bağırsaq peristaltikasının qüvvətlənməsinə səbəb ola bilir. Peristaltika qüvvətləndikdə bağırsaqlarda olan qidaların hərəkətliliyi sürətlənir, sorulma prosesi isə azalır. Bunun nəticəsində ishal baş verir. Peristaltikanın qüvvətlənməsi yoğun bağırsaqlarda baş verdikdə isə ishal daha sürətli olur. İshal zamanı orqanizmdən çoxlu su və eloktrolit itir, qan qatılaşır, həzm preosesi pozulur. Uzun müddət baş verən ishal orqanizmin üzülməsinə səbəb olur.
Peristaltikanın zəifləməsi.
Bu bağırsağın hərəki funksiyasının pozulmasının tez-tez rast gəlinən növlərindən biridir. Peristaltikanın zəifləməsi qəbizliklə müşayiət olunur. Qəbizliyin patogenezində yoğun bağırsaqların peristaltikasının pozulması əsas yer tutur, çünki nəcis kütlələrinin bərkiməsi və formalaşması yoğun bağırsağın funksiyası ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.