Maraqlı

Koviddə ilk 30 gün tromb riski daşıyır - İnsult, infarkt riski

6 Noyabr 2022 23:05
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kovidə yoluxduqdan sonrakı ilk 1 ay tromb əmələ gəlməsinə görə çox risklidir. Bu xüsusilə orta və yaşlı insanlarda, şəkər xəstələrində ciddi təhlükə yaradır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yeni elmi tədqiqatda əksər ürək-damar hadisələrinin koviddən sonrakı ilk aylarda baş verdiyini sübut edib.

Tədqiqatçılar 2020-2021-ci illəri əhatə edən 10 minə yaxın tibbi kartı incələyib.

Virus qana daxil olan oksigenin həcmini azaldır, bu da qanı qatılaşdırıb, tromb əmələ gətirir

Kovid iltihab əmələ gətirdiyi və maye ağciyər alveollarını doldurduğu üçün beyin və ürəyə az oksigen çatır.

Ürək güclənmiş rejimdə çalışır, bu isə şəkər və ürək xəstələri üçün təhlükəlidir.

Kovid miokardit və vaskulit əmələ gətirir.

Venoz tromboemboliya venalarda əmələ gələn trombu göstərir.

O, aşağıdakı simptomlara səbəb olur.

- Ayaqda ağrı, hissiyyatsızlıq
- Hər iki ayağın şişməsi

- Toxunanda həmin hissədə istilik, qızartı

- Dəridə rəngsizləşmə və ya qırmızı xətlər
Əgər bu əlamətlər varsa, təcili həkimə getməlisiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.