Maraqlı

Gecə yatanda tərləmələr insult riskindən xəbər verə bilər - Endokrinoloq

15 Oktyabr 2022 21:35
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxuda tərləmə - hiperhidroz daha çox vərəm, ağciyər xəstələri, qadınlarda isə menopauza dövründə çox baş verir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, endokrinoloq Nataliya Qureeva gecə tərləmələrin insult riskindən xəbər verdiyini də önə çəkib.
"Son elmi araşdırmalar göstərib ki, menopauza dövründə gecə tərləmələri ürəkdə problemlərlə bağlı ola bilər.

80% qadınlar hormonal keçid dövründə istilik basma hiss edir.

Amma gecələr təkcə istilik basma yox, güclü tərləmə keçirib, buna görə tez-tez yuxudan oyanmağın altında başqa səbəblər yatır.

Yuxunun pozulması qadınlar üçün böyük təhlükədir.

Gecə tərləməsi qadının həyat keyfiyyətini aşağı salıb, infarkt və insult riskini artıra bilər.
Ona görə menopauzadır deyib belə hallara göz yummamalı, ürək-damar sistemi yoxlanmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.