Şəkərin qənimi, cinsi istəyi artırır - Həkimdən darçınlı reseptlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Darçın şəkər xəstələrinin sevimli bir qidası olmalıdır. Şəkəri olanlar gündə 1 çay qaşığı darçını istər yeməklərinə, istər çaylarına istərsə də ağızlarına atıb üstündən 1 stəkan su içə bilərlər. Darçın cinsi istəyi artırır.
Həkim fitoterapevt Füzuli Hüseynov darçınlı resept açıqlayıb.
Həm kişilərdə, həm qadınlarda cinsi istəyi artırmaq üçün belə istifadə olunmalıdır:
150 qram darçın tozu
50 qram zəncəfil tozu
Bunları 1 kq şabalıd balına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır (buna həm də darçın məcunu deyə bilərik). Əgər qanda yüksəlmiş xolesterin, lipidlər, triqliseridlər, ALT, AST, bilrubin və s. varsa, onda darçın məcunundan gündə 3 dəfə yedikdə mükəmməl təsirini görəcəksiniz. Darçının tərkibindəki dəmir, sellüloza, kumarinlər və başqa minerallar antioksidant mənbəyidirlər, bu maddələr bizi həm xərçəngdən qoruyur, həmdə xərçəng olanların hər gün istifdə etdiyi qida olmalıdır. Darçında zəngin kalsium vardır sümük böşluğu, çox tərləmələr, klimaks keçirən xanımların sevimli qidası olmalıdır. Darçın məcunu osteoporoz (sümük əriməsi) xəstələri üçün şəfalıdır.
Bədəni daima soyuq olanlar, əlləri, ayaqları buz kimi olanlar biraz soyuq olan kimi əlləri şişən və göyərən insanlar üçün darçın məcunu əvəzolunmazdır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı yeməli və ya 1 stəkan suya qarışdırıb içməli bunu ən azı 1 ay etmək lazımdır. Daimi ishaldan əziyyət çəkən insanlar toz darçını gündə 1 çay qaşığı səhər ac qarına ağıza atıb üstdən 1 stəkan su için və ya daha faydalı olmaq üçün 1 stəkan kisel hazırlayın 1 stəkan kiselə 1 dolu çay qaşığı toz darçın əlavə edib, qarışdırıb acqarına için. Darçın həmdə bədənimizdə xoşbəxtlik hormonlarının istehsalını artırır, xoşbəxtlik hormonları bədəndə təbii ağrıkəsicilərdir, deməli darçın qəbul edən insanlar etməyənlərdən ağrı hissini daha az hiss edirlər.
Darçın təbii ağrıkəsicidir
1 dolu çay qaşığı toz darçını 1 dolu xörək qaşığı bal ilə qarışdırıb üstünə 2 xörək qaşığı su əlavə edib ağrıyan oynaqlara sürtən kimi oynaq ağrılarını götürür, bunu sivilcələrin, səpkilərin, aknelərin üstünə çəkəndə sağaldır, hətta bu qarışımı üzədə çəkə bilərsiniz üzdəki ləkələri götürür, səpgiləri aradan qaldırır, üzə çəkəndə 30 dəqiqədən artıq saxlamaq olmaz. Əgər yaddaş və hafizə zəifliyi, diqqətsizlik, güclü baş ağrıları varsa, onda darçın məcunundan istifadə edin. Darçın məcunu Alzheimer və skleroz xəstəliyinə tutulmanın qarşısını alır.
3 stəkan su tutan çaynikə 1 ədəd qabıq darçın, darçının yarsı qədər kök zəncəfil və zövqə görə Astara çayını qarışdırıb 10 dəqiqə dəmləyib gün ərzində için, bu çay öskürək, xroniki bronxit, mədə ağrısı, qastrit, kolit, köpdən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Bəzən burda zəncəfilin qastritə ziyan etməsini düşünən insanlarda ola bilər, amma acılığına baxmayın, yarım stəkan bu çayı içən kimi mədə yanması və ağrılar tamamilə keçəcək. Bu çay enurez (yerini islatma), qadınlarda adət hallarının uzanması və ya olmaması, revmatizma kimi xəstəliklərdə 1 ay içilməlidir.
Saç tökülməsindən əziyyət çəkən insanlar gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı darçın məcununu yeməlidirlər və 2 xörək qaşığı qarazirə yağına 1 xörək qaşığı bal, 1 dolu çay qaşığı darçın qarışdırıb saç diblərinə yaxın bunu hər yumazdan 1 saat əvvəl həftədə 2 dəfə cəmi 10 dəfə istifadə etsəniz, çox faydalı bir təsirini görəcəksiniz. 1 xörək qaşığı darçın tozunu 100 qram qarazirə yağına qarışdırıb 5 dəqiqə vam odda zəif qaynadın, süzün, ağzını kip bağlayıb saxlayın bu yağdan revmatizm ağrılarında, oynaqlar, əzələ qıcolmalarında, iflic olmuş əzələləri, bel ağrılarında, bel, boyun osteoxondrozunda isə boyunu gündə 1 dəfə masaj edin bu yağ ağrıların azalmasına səbəb olacaq. Darçını istifadə etdikdən sonra allergiya olarsa, davam etmək olmaz. Hamilə xanımlar darçını çox az miqdarda qəbul edə bilərlər. Yazılmış dozadan çox istifadə edəndə qanda şəkərin səviyyəsini sala bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
XƏBƏR LENTİ
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb





