Çətinliklərin ömrü az olar. Hər bir çətinlikdən sonra asanlıq gələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çoxlarımız həyatın acı hadisələri ilə rastlaşan zaman belə hesab edirik ki, bu hadisələr davamlı olaraq baş verəcəkdir. Sanki heç bir zaman sona çatmayacaqdır. Bu insan üçün iki hal hasil olar: gələcəyə qarşı ümidsiz olar, hal-hazırkı zamanda qəm və qüssə toplayar.
Lakin həyat təcrübəsi olan insanlar yaxşı bilir ki, heç də belə deyildir. Çətinliklər və müsibətlər qısa zaman üçün gəlir və əbədi deyildir. Ola bilsin ki, indi çətinlikdə olasan. Ancaq yadına sal ki, bu cür çətinliklər həyatında az olmamışdır və heç biri də qalıcı deyildir. Yəni, bir müddət olub, sonra səni tərk etmişdir.
Bu, düzdür ki, çətinliklər geri qayıda biləndir. Ancaq onun qayıtmağını əbədi qalacağı kimi təfsir etməyin.
İmam Əli (ə) buyurur: "Həqiqətən çətinliklərin hədəfi vardır və həmin hədəfin də sonu vardır. Ona görə də ona qarşı səbirli olun ki, sona çatsın".
Əmin olun ki, gələcəyiniz bu çətinliklərdən uzaq olacaqdır.
İmam Əli (ə) buyurur: "Əgər sən qalıcı olsan, qəm qalıcı olmaz".
Bu dünya fanidir və ona görə də qəmi də, şadlığı da fani və müvəqqətidir. İnsan əgər həyatına diqqətlə nəzər salsa görər ki, hər bir qəmin arxasından şadlıq və sevinc gəlmişdir. Ona görə də ümidsizliyə yer yoxdur.
Bir gün Həzrət Peyğəmbər (s) bir divarla üzbəüz əyləşir. Bu divarda bir deşik var idi. Bu deşiyə işarə edərək, səhabələrinə buyurur: "Əgər çətinlik gəlsə və bu deşiyə daxil olsa, hər an rahatlıq gələr və daxil olan kimi onu bayıra çıxardar".
Sonra bu ayəni tilavət edir: "(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı, bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!". ("Şərh" 5-6).
İmam Əli (ə) buyurur: "Hər bir çətinlik üçün çıxış yolu vardır".
Bəli, bir çoxlarımız unuduruq ki, çətinliklər də bu dünya kimi əbədi deyildir və bir gün gəlib, bir gün də gedəcəklər. Mühüm olan odur ki, ona səbir edək.
Gecənin qaranlığında səhərin işıqlığına ümid edək. Bu gecə bir gün sona çatacaq və səhər olacaqdır. Biz bu çətinliklərin nə üçün gəldiyinə və bu çətinliklərdən hansı ibrət dərsləri aldığımıza diqqət edək.
Əgər səbir etsək, mükafat alacağıq. Ona görə də yanlış düşüncələrdən əl çəkək və əllərimizi Allaha tərəf qaldıraq və Ondan yardım və hacət istəyək.
Unutmayaq ki, çətinliklər gələn zaman Allah bizimlə olar və gecənin qaranlığından sonra səhərin nurunun gələcəyinə ümid bəsləyək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək





