Maraqlı

Bill Qeytsdən YENİ XƏBƏRDARLIQ: Dünyanı bu dəhşətli hadisə gözləyir...

18 Sentyabr 2022 16:15
Baxış: 3 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün dünyada həyatın sürətlə normallaşdığı bu günlərdə milyarder Bill Qeyts yeni xəbərdarlıq edib.

Milli.Az Gundem.az-a istinadən bildirir ki, milyarder iş adamı Ukraynadakı müharibənin və qlobal iqtisadi problemlərin dünyanın iqlim dəyişikliyi ilə üzləşməsinə mane olacağından narahat olduğunu bildirib. Qeyts bu vəziyyəti "dəhşətli bir şey" olaraq xarakterizə edərək, "Gözlədiyimdən daha pis durumdayıq", deyib.

İqlim dəyişikliyini hər fürsətdə dünya üçün əsas təhlükə olaraq təyin edən Qeyts G20 sammitində qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Dünya əhalisinin yüzdə 65-nin Çin və Hindistan da daxil olduğu orta gəlirli ölkələrdə yaşadığının vurğulayan iş adamı onları "iqlimin açarı" kimi xaraterizə edib.

Qeyts bu yaxınlarda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 4 milyard dollarlıq layihə başladıb. Nüvə enerjisi investisiya şirkəti "TerraPower" yeni nəsil atom elektrik stansiyalarının birinci nəsli üçün lazımi icazəni alıb.

4 milyard dollarlıq layihənin maliyyələşdirilməsinin təxminən 50 faizi ABŞ hökuməti tərəfindən təmin ediləcək. Açıqlamaya görə, 2028-ci ildə istismara verilməsi planlaşdırılan 345 meqavat gücündə elektrik stansiyası təxminən 250 milyon insana xidmət edəcək qədər iqlimə uyğun enerji istehsal edəcək.

Bu layihə ilə ekoloji cəhətdən təmiz enerji istehsalına yol açmaq və iqlim böhranı ilə mübarizə aparmaq planlaşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.