Maraqlı

Acı bibərin beyin fəaliyyətinə təsiri

10 Sentyabr 2022 07:41
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəlki araşdırmalara əsasən, qida rasionuna acı bibərin əlavə edilməsi vaxtından qabaq ölüm riskini azaldır.

Lakin alimlərin son araşdırmalarına əsasən, mütəmadi olaraq çili acı bibərinin istifadə edilməsi, idrak funksiyalarının pisləşməsinə və əqli geriliyin inkişafına yol aça bilər.

Qan təzyiqinin stabilləşdirilməsi və ümumi sağlamlıq üçün acı bibərdən istifadə həqiqətən faydalıdır, lakin onda olan kapsaisin yaşlı insanlarda düşünmə qabiliyyəti üçün zərərli ola bilər.

Ekspertlər bildirir ki, gün ərzində 50 qram və ondan yuxarı miqdarda qırmızı bibərdən istifadə etmə, düşünmə qabiliyyətinin zəifləmə riskini iki dəfə artırmış olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.