Qadınlarda iltihablı xəstəliklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Endometrit iltihabi xəstəlik olub, uşaqlığın selikli qişasında yaranır. Uşaqlığın iltihabı zamanı onun selikli qişası tərəfindən ifraz olunan seliyin miqdarı və tərkibi dəyişir. Endometrit yumurtalıqla uşaqlıq borusu arasında, ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, endometriya zamanı uşaqlığın selikli qişasının quruluşu pozulur, bu zaman qalınlaşma baş verir. Endometrit kəskin və xroniki olur. Xroniki endometrit ginekoloji xəstəliklər sırasında ən çox yayılan xəstəliklərdəndir. Bu xəstəlik çox vaxt heç bir əlamətlə özünü büruzə vermir. Buna görə də qadınların ildə ən az iki dəfə həkim müayinəsindən keçməsi məsləhətdir.
Qadın cinsiyyət üzvlərinin iltihabı qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı tələb edir.
Xəstəliyin əlamətləri:
Yüksək temperatur
Ümumi zəiflik
Qarının aşağı hissəsində ağrılar
İrinəbənzər ifrazat
Aylıq tsiklin pozulması
Endometritin səbəbi:
Gigiyenik qaydalara riayət edilməməsi
Hamiləliyin süni şəkildə pozulması
İmmunitetin azalması
Uşaqlıqdaxili manipulyasiya
Bakteriyalar
İnfeksiya
Göbələk
Hormonal pozğunluqlar
Müalicəsi:
Xəstəliyin tədqiq edilməsi üçün ultrasəs müayinəsindən keçmək lazımdır. Əvvəlcə xəstəliyi hansı mikrobun törətdiyi aşkar edilir. Daha sonra müalicə kursu təyin olunur. Xəstəliyin müalicəsi zamanı antibiotiklərlə yanaşı, qarının aşağı hissəsinə maqnitoterapiya, yod və sink ilə elektroforez, parafin aplikasiyaları kimi fizioterapevtik müalicə üsullarından da istifadə olunur. Laparoskopik üsulla uşaqlıq borusundakı qalınlaşmış hissə aradan qaldırılır.
Xəstəlik vaxtında müalicə edilməzsə, o, xroniki formaya keçər. Bu da qadın cinsiyyət orqanlarında müxtəlif patologiyaların inkişaf etməsinə səbəb ola bilər. Bütün bu proseslər də sonsuzluqla nəticələnəcək. Kəskin endometritin müalicəsi 7-10 gün davam edir.
Xəstəliyin profilaktikası:
Qadın doğuşdan sonra orqanizmində infeksiyanın olub-olmamasına görə müayinədən keçməlidir. Gigiyena qaydalarına mütləq riayət olunmalıdır. Aylıq tsikl zamanı soyuqdəymədən qorunmaq xəstəliyin qarşısını alacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





