Maraqlı

Stress kökəldir yoxsa arıqladır?

14 Avqust 2022 21:30
0 Şərh     Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Florida Universiteti (ABŞ) alimləri streslə bağlı növbəti maraqlı araşdırmalar aparıblar.

Saglamolun.az bildirir ki, xarici KİV-ləri məlumatlarına görə, bu araşdırmalar göstərib ki, xroniki stress arıqlamağa mane olur və həmçinin bədən çəkisinin artması üçün şərait yaradır.

Məsələ burasındadır ki, stress qanda betatrofin hormonunun səviyyəsini qaldırır ki, bu da öz növbəsində piylərin parçalanmasında iştirak edən fermentlərin işini ləngidir. Nəticədə orqanizmdə piylərin parçalanması prosesi ləngiyir və insan hətta pəhriz saxladıqda çəki ata bilmir və ya adi qaydada qidalandıqda səbəbsiz olaraq çəki yığmağa başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.