Arı sancması bu insanlar üçün təhlükəli ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arı sancması əsasən isti havalarda olur və bu zaman çox vaxt tibbi müdaxiləyə ehtiyac olmadan evdə edilən ilkin tibbi yardım kifayət edir.
Lakin, arı sancmasına qarşı allergiyası olan şəxslərdə bir və ya bir neçə arının sancması nəticəsində təcili müdaxiləyə ehtiyac olunan ciddi reaksiyalar baş verə bilər. Əlamətlər şəxsin vəziyyətinə görə yüngüldən ağıra dəyişir. Əgər arı sancmasına qarşı allergiya yoxdursa, yüngül ağrı, qaşıntı, sancma nahiyyəsində isinmə kimi əlamətlər olur.
Orta dərəcədəki reaksiyalarda qızartı və şişkinlik bir neçə gün müddətində tədricən artaraq davam edir.
Meydana gələn ağrılar, sancma sahəsinə, arının iynəsinin uzunluğuna, arının növünə görə fərqlilik göstərir. Bal arıları adamı sancdıqdan sonra ölürlər. Lakin, eşşəkarıları və vəhşi arılar kimi növlər bir neçə dəfə sanca bilir.
Arılar sancdıqda ağrı, qızartı və şişkinlik kimi əlamətlərə səbəb olan zəhərli toksinlər xaric edir. Bəzi insanların bu toksinlərə qarşı allergiyası olur. Toksinləri bədəndən xaric etmək üçün dərinin altında qalan arı iynəsini 30 saniyə ərzində çıxarmaq lazımdır. Çünki, iynə bədəndə uzun müddət qalarsa, zəhərli toksinlər daha çox yayılır və reaksiyalar şiddətli olur.
Daha sonra arının sancdığı yerə buz kompresi qoyulur. Bu yarana biləcək şişkinlik və ağrıların qarşısı almaqda kömək edir. Eyni zamanda buz zəhərin bədən tərəfindən sorulmasının da qarşısını almaqda rol oynayır. Arı sancması əsasən zərərsizdir. Lakin, dil və dodaq kimi nahiyələrin sancılması nəticəsində yaranan allergik reaksiya nəfəs almaqda problem yarada bilər.
Arının sancdığı yer soyuq su və sabunla yuyulmalıdır. Soyuq su rahatlaşdırır, sabun da çirki və zəhəri həmin yerdən təmizləməyə kömək edir.
Bəzən sancmadan bir neçə saat sonra allergik reaksiyalar olur. Qızdırma, qarın ağrısı, ürəkbulanma, qusma, başgicəllənmə, bədəndə şişkinlik kimi hallarda dərhal mütəxəssisə müraciət edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
XƏBƏR LENTİ
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat





