Maraqlı

27 yaşı var, uşaq kimi görünür

2 Avqust 2022 03:22
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində uşağa oxşayan 27 yaşlı gənc xarici görünüşünə görə iş tapa bilmədiyi üçün sosial şəbəkədə şikayət edib.

Milli.Az bildirir ki, bu barədə Times Now xəbər verib.

Guangdong əyalətindən olan Mao Şeng, işəgötürənlərin onu böyüklər kimi qəbul etmədiyini söylədiyi bir video yayımlayıb. Onun sözlərinə görə, əvvəlcə dostu ilə iş axtarıb. Dostu demək olar ki, dərhal işə düzələ bilib, amma Şenq iş tapa bilməyib.

Videolarından birində göstərilən sənədlərə görə, o, 1995-ci ildə anadan olub. Buna baxmayaraq, bəzi işəgötürənlər sadəcə olaraq onun 27 yaşında olduğuna inanmır, digərləri qanunla bağlı problemlərdən qorxub: Çində uşaq əməyi qadağandır və Şenq çox gənc görünür.

Şenqin videoları tez bir zamanda o qədər çox baxış toplayıb ki, o, valideynlərinin qəzəbindən qorxub. Lakin sonda populyarlıq ona xeyir verib: tezliklə bir neçə işəgötürən onu işə götürmək istəyib və çinli təkliflərdən birini qəbul edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.