Latviyalı məşhur müğənni Layma Vaykule xərçəng xəstəliyindən əziyyət çəkir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun dostları məlumat veriblər:
"Laymada süd vəzi xərçəngi var. Bu yaxınlarda Amerikadan qayıdıb. Həkimlər onu mütəmadi olaraq yoxlayırdılar. Hazırda Latviyada öz evindədir. Həyat yoldaşı ona bu günlərində dəstək olur".
Qeyd edək ki, bir müddət əvvəl Layma müayinə olunmaq üçün Amerikaya getdiyini demişdi. O, hansı xəstəlikdən əziyyət çəkdiyini isə açıqlamamışdı.
Milli.Az