Maraqlı

Çay paketlərində həşərat izləri, cücü qalıqları var - Alim

28 İyul 2022 18:25
0 Şərh     Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çay paketlərində yüzlərlə cücü və həşəratın qalıqları var.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, bu barədə alman genetik alimi Henrix Krenvihel bildirib.

O, açıqlamasında çayda 200-dən çox ayaqlı həşəratın izlərini tapdığını deyib.

Onun sözlərinə görə, müasir elm üçün bitki ilə təmasda olan heyvan və həşəratların izini tapmaq asan iş deyil.

"Çox sirli, spesidik bir əlaqə var, bu barədə biz az bilirik. Çünki elm bunu aşkarlamaq üçün az iş görüb. Bu, heç kimə maraqlı deyil.
Alim çalışmasında nanə, çobanyastığı və çay yarpaqlarını analiz edib .

"Mən bir neçə mağazadan müxtəlif sort çaylar aldım. Xüsusi DNT analizi ilə çay paketlərində olan yarpaqlarda 200-dən çox həşəratın DNT qalıqlarını tapdım.

Bütün çay növlərində 1200-ə yaxın həşərat izi tapılıb.
Eksperimentin nəticəsi Biology Letters dərgisində çap olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.