Maraqlı

Bel ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu

19 İyul 2022 19:37
0 Şərh     Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Omskda 42 yaşlı qadın böyrəklərində problem olduğu üçün xəstəxanaya yerləşdirilib və uşaq dünyaya gətirib.

Milli.Az bildirir ki, bu barədə NGS55.RU portalı məlumat yayıb.

Rusiyalı qadın bel və qarın nahiyəsində ağrı şikayətləri ilə 1 saylı təcili xəstəxananın təcili yardım şöbəsinin həkimlərinə müraciət edib. Həkimlər ona ilkin böyrək kolikası diaqnozu qoyublar.

Qəfildən xəstəxananın təcili yardım şöbəsində 42 yaşlı Omsk sakininin sancıları başlayıb. Uroloq İlya Aristarxov qeyd edib ki, xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

"O, artıq doğurdu, ona görə də doğum evinə aparmaqdan söhbət gedə bilməzdi. Növbətçi qrup klinikamızda doğuşu qəbul edib".

Qadın həkimlərə uşağın doğulması onun üçün tam sürpriz olduğunu etiraf edib. Qadının böyük qarnı yox idi, o, qadın konsultasiyasına getmirdi.

Doğulan körpə Omsk sakininin ailəsində üçüncü uşaq olub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.