Maraqlı

Uzun illər zəhmətinə görə işçiyə təhqiredici hədiyyə verildi, lakin sonra...

9 İyul 2022 13:00
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da 27 illik işdən sonra işəgötürəndən yalnız suvenir alan "Burger King" işçisi 370 min dollardan çox ianə yığıb.

Milli.Az bildirir ki, bu barədə LADbible məlumat yayıb.

54 yaşlı Kevin Ford, "Burger King" şəbəkəsinin işçilərini işə götürdüyü "HMS Host"dan bir paket suvenir alıb. İçərisində "Starbucks" markalı fincan, bir paket "Reese" şokoladı, kino bileti və qələmlər var idi. Ford hədiyyələri açıb və onlara görə minnətdarlıq videosunu yayımlayıb.

Uzun illər zəhmətinə görə belə bir mükafatı qeyri-kafi hesab edən istifadəçilər qəzəblənib. Bundan sonra Fordun qızları, təhqiredici hesab etdikləri hədiyyədən heyrətlənib, "GoFundMe" kraudfanding platformasında ataları üçün ianə toplamağa başlayıblar. Pul bağışlayanlardan biri amerikalı aktyor Devid Speyd olub, o, Kevinə 5 min dollar göndərib.

Ford etiraf edib ki, ona bağışlanan pulu hələ də necə xərcləyəcəyini bilmir. Hələlik o, nəvələrinə baş çəkəcək və onların kollec xərclərinə kömək edəcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.