Maraqlı

Yayda ayaqqabılar göbələk yaradır: Nələrə diqqət etməliyik?

9 İyul 2022 15:15
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayaqqabı seçərkən onun görünüşünə daha çox üstünlük verilir, rahatlığı isə arxa plana keçir. Amma bu cür seçilən ayaqqabı sonradan sağlamlıqda müəyyən fəsadlara səbəb olur. Bu fəsadlardan biri də ayaq göbələyidir. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış dermatoloq Olqa Çizhevskaya danışıb. 

Onun sözlərinə görə, quru dərini vaxtında nəmləndirmək vacibdir. Əgər ayaqlarda kiçik çatlar varsa, bu infeksiyanın yayılması üçün əsas amildir. 

Mütəxəssis dəri xəstəliklərinin qarşısını almaq üçün çay ağacı yağı və duz vannaları qəbul etməyi məsləhət görüb. 

Çizhevskaya ayaqqabı seçərkən diqqətli olmağı tövsiyə edib: 

"Ayaqların hava almasına imkan verməyən bağlı ayaqqabılar göbələklərin orada "məskən salmasına" şərait yaradır. Hər tərəfi bağlı ayaqqabılar geyinəndə ayaqlar onun içində istidən "bişir" və yavaş-yavaş göbələk xəstəliyinin yaranmasına səbəb olur. Daha çox 3 və 4-cü ayaq barmaqları arasında, bir az isə daban bölgəsində də görünür", - o bildirib. 

Dermatoloq, həmçinin yay aylarında rezin çəkmələrdən uzaq durmağı da tövsiyə edib. Bununla yanaşı, ayaqları tez-tez yumağı və yuduqdan sonra dərhal qurulamağın vacib olduğunu da qeyd edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.