Maraqlı

D vitaminini çox qəbul etdikdə sümüklərdə nə baş verir?

12 İyul 2022 19:30
0 Şərh     Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

D vitamini yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur.

Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edir. Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uzun müddət günəş altında gəzməyən insanlarda D vitamininin çatışmazlığı çox vaxt hiss olunur və bununla bağlı D vitamini ilə zəngin məhsulların qəbul edilməsi məqsədəuyğundur.

Sutkalıq D vitamini ehtiyacını ödəmək üçün həftədə ən az iki dəfə, əsasən səhər saatlarında saat 11:00-dək, axşam saatlarında isə 17:00-dən sonra 20-30 dəqiqə günəş şüası qəbul etmək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.