Maraqlı

Təzyiqdən, xolesterindən əziyyət çəkənlər - Bu qarışımdan gündə 3 dəfə...

19 İyun 2022 19:35
0 Şərh     Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Limon, sarımsaq, zəncəfil ayrılıqda olduğu kimi birləşdiyi zaman da bir çox dərdin dəvası ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu qarışımdan köpü, yüksək təzyiqi olanlar, yüksək xolestrindən əziyyət çəkənlər, ürək damarlarında trombları olanlar istifadə edə bilərlər.

Lazım olanlar:

- Limon - 25 ədəd

- Yerli sarımsaq - 3 kq

- Təzə Zəncəfil - 2 kq

İlk olaraq sarımsaq, zəncəfil soyulur, limon isə qabıqlı formada qalır. Hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlədilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu qarışım güclü bir antioksidant mənbəyidir. İnsana xoş əhval-ruhiyyə gətirir. C vitamini mənbəyidir.

Qeyd edək ki, bu qarışımdan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Qarışım beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır. Aşağı təzyiqdən əziyyət çəkənlər içərisinə bal qataraq qəbul edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.