Maraqlı

Tez yuxuya getməyə kömək edən meyvə açıqlandı

21 İyun 2022 03:03
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tez yuxuya getməyə kömək edən meyvə açıqlandıHər gecə çox sayda insan yuxuya getməkdə problem yaşayır.

Taybey Tibb Universitetininin araşdırmaçıları müəyyən edib ki, kivi meyvəsi insana daha tez yuxuya getməsində kömək olur.

4 həftə davam edən eksperiment ərzində 24 könüllü yatmağa getməmişdən bir saat əvvəl iki ədəd kivi yeyib. Araşdırmanın sonunda məlum olub ki, kivi qəbul edən insanlar, yatmazdan əvvəl heç nə yeməyənlərdən fərqli olaraq, 42% daha tez yuxuya gedir.

Bundan əlavə, birincilərin gecə yuxusunun keyfiyyəti təxminən 5%, yuxunun ümumi davamlılıq müddəti isə 15% artıb.

Araşdırmaçılar qeyd edir ki, kivinin tərkibində olan "sehrli" inqredient - serotonindir. Bu maddə beyində yuxu-ayıqlıq siklini tənzimləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.