Plastik əməliyyat etdirməyən ULDUZLAR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu Hollivud aktrisaları əbədi gəncliyin arxasınca getmir, həyatdan həzz alır və gözəlliyin individual olduğunu öz nümunələri ilə sübut edir.
Milli.Az oxucuları plastik əməliyyat etdirməyən dünya ulduzları ilə tanış edir.
Helen Mirren
76 yaşlı Helen Mirren gözəl yaşlanmağın bariz nümunəsidir. Aktrisaya kinoda hələ də tələbat var və gözəllik brendləri ilə reklam müqavilələri ondan yan keçmir. O, cavanlaşmadığını başa düşsə də, etiraf edir ki, özünü yaşlı hesab etmir. Ancaq o da aydın görünür ki, dünya ulduzu yaşlandıqca, özünü daha inamlı və cəlbedici hiss etməyə başlayıb.
Meril Strip
Merilin 72 yaşı olsa da, yaşından və üzündəki qırışlardan heç də utanmır. Aktrisa müsahibələrinin birində dilə gətirib ki, məktəb illərində niyə digər qızlar kimi gözəl olmadığı barədə çox düşünüb. Ancaq bir anda buna vaxt itirməkdən yorulub və özünü olduğu kimi qəbul etməyə qərar verib. İndi Strip plastik cərrahların xidmətindən istifadə edən həmkarlarına gülür və bunu böyük axmaqlıq hesab edir.
Culiya Roberts
"Gözəlçə" filminin ulduzu bir dəfə demişdi ki, plastik əməliyyat etdirməyəcəyinə dair söz vermək istəmir, çünki həyatda hər şey ola bilər. Amma bu günə kimi o, cərrahiyə otağının astanasından keçməyib. Üstəlik, Culiya hesab edir ki, insanın üzü onun sahibi və həqiqətən kim olduğu haqqında danışmalıdır, bir mütəxəssisin yanında neçə dəfə olduğunu deyil.
Keyt Blanşet
Deyirlər ki, Keytin 1997-ci ildən evli olduğu əri - Endryu Apton Blanşetə plastik cərraha müraciət etməyi qadağan edib. Və ona eyham vurub ki, cərrah masasına uzanarsa, boşanacaq. Zarafat bir yana, aktrisa heç vaxt xarici görünüşünü yaxşılaşdıracağını vəd edən plastik əməliyyat və kosmetoloji müdaxilələrdən istifadə etməyib. O, hətta botoks və digər gözəllik inyeksiyalarının əleyhinədir və izah edir ki, idman etməklə, düzgün qidalanmaqla və təbii kosmetikadan istifadə etməklə gözəl görünə bilirsinizsə, digər prosedurlara ehtiyac yoxdur.
Keyt Uinslet
45 yaşlı Keyt gözəlləşdirmə və cavanlaşma üçün plastik əməliyyatlara açıq şəkildə qarşı çıxır. O, hətta dostları Emma Tompson və Reyçel Vays ilə birlikdə Plastik Cərrahiyyəyə Qarşı Britaniya Liqasını yaradıb. Uinslet üzündə aktrisalıq karyerasını pozacaq ifadə istəmir. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





