Maraqlı

Antibiotiklər eşitmə itkisinə səbəb ola bilər

4 İyun 2022 04:02
0 Şərh     Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oreqon Səhiyyə və Elm Universitetində aparılan bir tədqiqatda, aminoglikozid adı verilən müəyyən bir antibiotik sinfinin eşitmə itkisinə səbəb olduğu təsdiqləndi.

Aminoglikozidlər eşitmə əsəbinə təsir göstərir və tarazlıq sistemə zərər verən bir təsirə sahibdir. Həyati təhlükə kəsb edən infeksiyaların müalicəsində istifadə edilən aminoglikozidlər, yalnız eşitmə itkisinə deyil, eyni zamanda böyrəyin ziyanına da səbəb olur.

Stanford tədqiqatçıları bu problemə qarşı bir alternativ yol hazırlayıb. Hazırda Stanford Tibb Fakültəsində inkişaf etdirilməkdə olan yeni bir aminoglikoz formanın, eşitmə itkisi olmadan eyni həyat xilaskar xüsusiyyətlərə sahib olacağı düşünülür.

N1ms kimi tanınan aminoglikozitin yeni forması, siçanlarda sınaqdan keçirildi və eşitmə itkisinə səbəb olmadan siçanları müalicə etməyi bacardı.

N1ms üçün bir sonrakı addım, insanların üzərində sınaqdan keçirməkdən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.