Bexterev xəstəliyi. Hərəkətsiz onurğa
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onurğanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Bexterev xəstəliyi çox ağır xroniki irəlliləyən xəstəlikdir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələri arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri biri ilə bitişir. Nəticədə onurğanın hərəkətliliyini xeyli azalır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin əlilliyinə səbəb olur.
İlk dəfə bu xəstəliyi rus nevroloqu Bexterev tədqiq edib. Bu səbəbdən xəstəlik bütün dünyada məhz Bexterev xəstəliyi kimi tanınır.
Bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda təsadüf edilir. Həmçinin, həkimlərin müşahidələrinə görə, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə daha yüngül keçir.
Xəstəliyin inkişaf etmə səbəbləri tibdə məlum deyil. Belə hesab olunur ki, buna irsi meyllik və müəyyən genetik xüsusiyyətlər səbəb ola bilər. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır.
Bexterev xəstəliyi zamanı onurğanın müxtəlif hissələrində olan oynaqlar itihablaşır, zədələnir və öz hərəkətliliyini itirir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa və müalicə başlamazsa, onurğanın hərəkətliliyi xeyli pozula bilər və hətta onurğa öz hərəkətliliyini tam itirə bilər.
Xəstəlik həmçinin daxili orqanlarda müxtəlif ağır pozulmalara səbəb olur - ürək-damar, böyrəklər, göz xəstəlikləri.
Xəstəliyin əvvəlində oma sümüyü, qasıq, ombalar nahiyəsində ağrılar hiss olunur, bu ağrılar səhər və gecə saatlarında daha güclü olur. Xəstənin yuxusu pozulur. Səhərlər xəstə çətinliklə yataqdan qalxır, bel sanki donur. Tədriclə, bəzən bir neçə ildən sonra boyun və bel nahiyəsində ağrılar hiss olunmağa başlayır. İnsan önə, arxaya, yanlara güclə əliyir, əyilmə zamanı ağrılar olur. Dərindən nəfəsalma, öskürək və asqırma da ağrılara səbəb olur.
Bexterev xəstəliyi zamanı onurğanın hərəkətliliyi tədriclə azalır, onurğa qısalır.
Xəstəliyin ilk simptomlarında dərhal revmatoloqa müraciət etmək lazımdır. Həkim xəstəni müayinə etdikdən sonra onurğanın rentgenoqarafiyasını (rentgen müayinəsi) və ya MRT-nı təyin edir.
Təəssüf ki, Bexterev xəstəliyi tam müalicə olunmur. Lakin müəyyən müalicə tədbirlərinin köməyi ilə xəstənin vəziyyətini yaxşılaşdırmaq, xəstəliyin inkişafını ləngitmək mümkündür. Müalicə zamanı iltihabəleyhinə preparatlar, hormonlar, fizioterapiya, manual terapiya, massaj və müalicəvi bədən tərbiyəsi istifadə olunur.
Xəstə hər gün xüsusi müalicəvi bədən tərbiyəsi ilə məşğul olmalıdır. Bu xəstənin vəziyyətini yaxşılaşdırır.
Düzgün müalicə və bədən tərbiyəsi onurğanın tam hərəkətsizliyinin və skeletin digər hissələrinin deformasiyasının riskini azaldır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
XƏBƏR LENTİ
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)





