Şahzadə ilə xanımının “evlilik oyunu” - İldə 12 milyon ödəyəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Monako şahzadəsi II Albert və həyat yoldaşı şahzadə Şarlenlə bağlı maraqlı iddia irəli sürülüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən iddianı Fransanın "Voici" nəşri irəli sürüb.
İddiaya görə, II Albert həyat yoldaşına onunla birlikdə ictimaiyyət qarşısına çıxması və krallıq vəzifələrini yetirməsi üçün ildə 12 milyon avro ödəyəcək. Bildirilir ki, şahzadə cütlük bununla da, evliliklərinin qaydasında getdiyi görüntüsünü yaradacaqlar.
Qeyd olunur ki, 44 yaşlı Şarlen həyat yoldaşını belə bir məxfi müqavilə bağlamağa vadar edib.
"Voici" nəşrinin bu iddiasını digər media qurumları da təsdiq edib. Belə ki, "Paris Match Belgium" nəşri yazır ki, 64 yaşlı şahzadə II Albert özü həyat yoldaşına onunla birlikdə ictimaiyyət qarşısına çıxmaq üçün daha böyük məbləğlər ödəyib.
Sözügedən media qurumlarının məlumatına görə, şahzadə Şarlenə belə bir müqavilə həyat yoldaşından maliyyə baxımından asılı olmamaq üçün lazım olub. Müqavilənin şərtlərinə əsasən, Şarlen həyat yoldaşı ilə "Formula 1" Qran Prisinə və "Rose" xeyriyyə tədbirinə qatılmalıdır.
Kral ailəsi isə, öz növbəsində bu barədə məlumatlara aydınlıq gətirməyib.
Qeyd edək ki, Şarlen və II Albert artıq 10 ildən çoxdur ki, evli olsalar da, onların nikahını uğurlu adlandırmaq olmaz. Şarlenin uzun müddətdir sarayda olmaması, eləcə də, onun son çəkilən fotolarda yorğun görünməsi bu barədə şayiələri daha da gücləndirib. Albertin özü isə evliliklərində hər hansı problemin olmasını təkzib edir.
Bir qədər əvvəl isə Şarlen uzun müddətdən sonra ilk dəfə həyat yoldaşı və övladları ilə görüntülənib.
Saray nümayəndələrinin sözlərinə görə, Şarlenin uzun müddət görünməməsinə səbəb İsveçrədə müalicə alması olub. Buna qədər isə Şarlen Cənubi Afrikaya səfəri zamanı ciddi xəstələndiyi üçün təqribən 10 ay ailəsindən uzaq qalıb. O, bu müddət ərzində bir neçə əməliyyat keçirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
XƏBƏR LENTİ
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi





