Yay aylarında Azərbaycanda koronavirusun güclü dalğası gözlənilir - Gürcü ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze Oxu.Az-a müsahibəsində qeyd edib ki, hamı ümid edir ki, koronavirus "qəfil ölsün":
"Amma təəssüf ki, bu baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Bölgəmizdə - Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözlənilməlidir.
Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.
Baxın, indi Asiyada nələr baş verir. Çində COVID-19-a yoluxma halları artıb, onlar artıq nə edəcəklərini bilmirlər. Şanxay və Quançjou kimi şəhərlər tamamilə bağlanıb, Pekin də lokdauna doğru gedir.
Cəmi bir ay əvvəl Honkonqda epidemiya fəlakət həddinə çatdı. Ölənlər o qədər çox idi ki, yerli morqlarda yer qalmamışdı. Ölənləri soyuducularda saxlayırdılar. Və bu, yenə də təkrar edirəm, bir ay əvvəl idi. Üstəlik, Honkonq Vyetnam və Laos deyil, bu, güclü infrastrukturu və səhiyyəsi olan inkişaf etmiş bir şəhərdir.
Gəlin görək Afrikada nələr baş verir. İki həftədən çoxdur ki, orada yoluxma sayında artım var və hələ üç həftə əvvəl vəziyyət sabit idi.
İndi keçək Avropaya, burada əhalinin 80%-i beş yaşından başlayaraq, xüsusilə qeyd edirəm, protokol üzrə, əsas da xroniki xəstəlikləri olanlar üç, dörd, bəziləri isə beş dəfə peyvənd olunurlar. Bəs bizdə vəziyyət necədir? İndi sizinlə danışdığımız gün Parisdə 150 nəfər koronavirusdan öldü. Bu, koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə səviyyəsinin yenidən yüksəldiyini göstərir".
Ekspert Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda görünəcəyi barədə fikrini aşağıdakı formada əsaslandırıb:
"Baxın, hamı yorulub, hamı təmiz hava istəyir. İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də "Delta" və "Omikron" variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib. Bunu Sinqapur və Honkonq üzrə məlumatlar göstərib.
Eyni zamanda, Şərqi Avropada əhalinin əksəriyyəti koronavirusu asimptomatik formada keçirib. Əhalinin immun müdafiəsi var. Amma bizdə tam vaksinasiya olmadı və bu isə çox vacibdir.
Bu məsələdə mən həmişə Türkiyəni misal çəkirəm. Türkiyə Cümhuriyyəti hökuməti çox düzgün qərar verdi. Onların Çin peyvəndi var idi, lakin sonra "BioNTech"-"Pfizer"ə keçdilər. Türkiyə vətəndaşlarının təxminən 90%-i "Pfizer"lə peyvənd olunub. Çoxları beş doza vurdurub - iki Çin istehsalı, sonra üç "Pfizer". Türkiyə çox düzgün addım atdı, ondan nümunə götürməliyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)
-
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
XƏBƏR LENTİ
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam





