Qiyamət günü əbədi əzaba kimlər düçar olacaqlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Axirət əzabı həqiqətdə insanın əməlinin nəticəsidir. Əməl, onu yerinə yetirəndən heç bir zaman ayrılmır. Əməli yerinə yetirən onun amili olduğu üçün ondan ayrılmaz.
Əbədi əzab o kəslərə şamil olar ki, haqqı insanlardan gizlətmiş və onların da haqqa olan yollarını bağlamışdılar. Nə özləri iman gətirmiş və nə də başqalarının iman gətirməsinə imkan vermişdilər. İblis lənətlik kimi - özü inadkarlığı üçün Allaha itaət etmir və insanları da haqq yoldan saxlayır.
İbni Mülcəm (lən) kimi, İmam Əlini (ə) şəhid edərək, dünyanı ondan məhrum edir. Yezid, ibn Ziyad, Şimr və Hərmələ kimi - hamısına əbədi lənət olsun.
Bu insanlar əgər dünyada əbədi olarq yaşasaydılar belə, yenə də öz işlərindən əl çəkməyəcəkdilər. Çünki onların batinində olan insanlıq cövhəri məhv olmuşdur.
Qayıdış yolunu özləri üçün bağlamışdılar. Onlar o kəslərə bənzəyir ki, öz iradələri ilə səmanın yüksək yerindən yerə atılırlar. Bu insanlar əgər yolun yarısında peşman olsalar belə, geriyə yol olmaz.
İmam Sadiq (ə) buyurur: "Cəhənnəm əhli ona görə cəhənnəmdə cavidan olarlar ki, niyyətləri olmuşdur. Əgər dünyada cavidan olsaydılar, həmişə Allaha itətsizlik edərdilər. Behişt əhli ona görə behiştdə cavidandırlar ki, niyyətləri olmuşdur".
Allah Təala cəhənnəm əhli haqqında buyurur: "(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: "Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm".
Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır". ("Muminun" 99-100).
Axirətin savab və əzabı dünyada olduğu kimi deyildir. Dünyada olan zaman bir insan bir yaxşı iş görəndə mükafatlandırılar və bu mükafat işin özündən qeyrisidir.
Ancaq axirətdə savab və əzab əməlin eynisi olar. Yəni insan axirətdə əməlin həqiqətini öz varlığında tapar. Yəni əməl ilə onu yerinə yetirən müttəhid olarlar. Allah Təala buyurur: "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir". ("Nəcm" 39-40).
"O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 6-8).
"Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar". ("Nisa" 10).
"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır". ("İsra" 72).
Bu ayələrdən göründüyü kimi, axirətdə hər bir insan əməlinin nəticəsini görəcək və ona görə mühakimə olacaqdır.
Əgər insanın zatı atəş olarsa, onu öz zatından - yəni atəşdən ayırmaq olmaz. Bu insanlar daima yandırmağa və zülm etməyə adət ediblər və batinləri atəşlə doludur. Onlar axirətdə də cəhənnəmin odunları olarlar.
"Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin". ("Bəqərə" 24).
Allah Təbarəkə və Təala bütün insanları xəbərdar etmişdir ki, hansı işi görsələr, əbədi atəşə düşəcəklər və bu insandır ki, özü öz taleyini həll edər və atəş əhli olur. Bu zaman təqsirkar ancaq özüdür və heç kəsi məzəmmət etməyə haqqı yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





