Maraqlı

Avropada “ağıllı” boltlar yaradıldı

4 May 2022 09:30
0 Şərh     Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Fraunhofer İnstitutunda strukturların vəziyyətinə nəzarət etmək üçün nəzərdə tutulan "ağıllı" boltlar yaradılıb.

"Smart Screw Connection" boltları hissələrin birləşməsinin sıxlığına nəzarət edir və birləşmənin bərkidilməsinə ehtiyac yarandıqda dərhal internet üzərindən siqnal ötürürlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun üçün boltlar xüsusi sensorlarla təchiz edilib.

Qeyd olunur ki, "ağıllı" boltlar körpülərin, külək stansiyalarının və digər infrastrukturların vəziyyətinə nəzarət etmək üçün istifadə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.