Maraqlı

Artıq virtual reallıqda öpüşmək mümkün olacaq - VİDEO - FOTO

4 May 2022 15:30
1 Şərh     Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ mütəxəssisləri artıq virtual reallıqda öpüşmə və digər ağız təmasını hiss etmək üçün VR qarnituranı təkmilləşdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət "Oculus Quest 2" virtual reallıq qarniturlarından gedir.

Belə ki, Pittsburqdakı Karneqi Mellon Universitetinin mühəndislərinin hazırladığı qarnitura istifadəçinin ağzına güclü səs dalğaları göndərən ultrasəs ötürücüləri quraşdırılıb. Ssenaridən asılı olaraq sensorlar ağız açıq olduqda istifadəçinin dodaqlarında, dişlərində və hətta dilində toxunma hissi yaradır.

"Əgər onlar bu ideyanı kommersiyalaşdırsalar, biz tezliklə dünyanın ilk virtual reallıq öpüşmə kabinəsini görəcəyik", - deyə məlumatda bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.