Maraqlı

Ömrü uzadan üç ərzaq açıqlandı - FOTO

1 May 2022 17:45
0 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəfəri, kök və qırmızı soğan ömrü uzadan ərzaqlar sırasındadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış rusiyalı aparıcı və həkim Yelena Malışeva danışıb.

Onun sözlərinə görə, qırmızı soğan tərkibində flavonoidlərə və antioksidanlara görə bütün tərəvəzlər arasında çempiondur.

"Flavonoidlər hüceyrələrimizi birbaşa qoruyur", - deyə mütəxəssis izah edib.

O, həmçinin əlavə edib ki, qırmızı soğan, Altsheymer xəstəliyinin inkişaf riskini azaldır.

Yerköküdən danışarkən aparıcı onun tərkibində çoxlu lif olduğu bildirilib.  O, vurğulayıb ki, söhbət şəkərsiz və duzsuz qurudulmuş köklərdən gedir.

"Lifin bu xolesterolu qismən tutması və xaric etməsi səbəbindən bağırsaqda xolesterolun udulmasında azalma olur", - deyə yerkökün faydalarını izah etdi.

Cəfəriyə gəldikdə isə mütəxəssis qeyd etdi ki, bu bitki kaliumla zəngindir.

"Kalium bizi qan təzyiqinin yüksəlməsindən qoruyur", - deyə Malışeva vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, paxlalı bitkilər, tam taxılların və qoz-fındığın istehlakı ömrü 10 ildən çox uzadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.