Maraqlı

Hasarı aşaraq lüt hava limanına daxil oldu - VİDEO

6 Aprel 2022 14:54
0 Şərh     Baxış: 1 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Spirtli içkinin təsiri altında bir nəfər çılpaq halda hasarı aşaraq Almatı hava limanının perron ərazisinə daxil olub.

Milli.Az lent.az-a istindadən xəbər verir ki, bu barədə polis idarəsi məlumat yayıb.

"Almatı hava limanının nəqliyyat polisi əməkdaşları 1997-ci il təvəllüdlü kişini inzibati xəta törətdiyinə görə saxlayıblar. Yoxlama zamanı məlum olub ki, bu vətəndaş aprelin 6-da saat 00:10-da (5 aprel Bakı vaxtı ilə 22:10-da) lüt soyunaraq, Almatı hava limanının çıxış terminalının yaxınlığındakı hasarı aşıb. Bundan sonra həmin şəxs çılpaq vəziyyətdə uçuş-enmə zolağına tərəf qaçıb və orada aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən saxlanılıb",-deyə məlumatda bildirilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.