Maraqlı

Yaponiyada ömrü uzadan ən vacib ərzaq - Ağlınıza gəlməyən

5 Aprel 2022 23:05
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon həkimləri bu ölkədə uzunömürlülərin çox yaşamasına təkan verən başlıca ərzağı açıqlayıblar.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Toyo Keizai nəşrinin məlumatına görə, psixiatr Hideki Vada yaponların çox yaşamasının səbəbini ət yeməkdə görür.

Belə ki, ət və dəniz məhsulları hər gün qəbul etdikdə serotonin adlı xoşbəxtlik hormonu da çox hasil olur, insanın əhvalı yaxşılaşır, ruh yüksəkliyi artır.

Həkim 60 yaşdan sonra ətsiz qidalanma və bitki dietasının faydalı olması barədə fikirləri qəbul etmir.

Zülal defisiti olduqda xroniki xəstəliklər kəskinləşir.

Hər 5 yapondan biri serotonin azlığından əziyyət çəkir.

Ətdə olan triptofan aminturşusu serotoninə cavabdehdir.

Gündəlik, həftəlik rasionda ət olmadıqda, testosterona təsir edir, cinsi hormonlar az hasil olur, nəticədə diqqət, motivasiya, hərəkətlilik azalır.

Hormonlardan testosteron setoroninin beyinə çatmasına və insanın əhvalının yaxşı olmasına çalışır.

Yaponiyada uzun və xoşbəxt ömür sürənlərin 90%-i hər gün ət yeyənlərdir - deyə həkim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.