Maraqlı

Viaqra tromb yaradıb, ürəyin işini pozur - Uroloqdan kişilərə xəbərdarlıq

29 Mart 2022 21:35
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Viaqra dərmanı qəbulu zamanı kişilərdə qəfləti ölüm riski yüksəlir. Bu preparatın qəbulundan sonra ürək dayanması ilə baş verən ölüm halları yaşana bilər.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, androloq uroloq Vladimir Stepanov potensiya dərmanlarının doza həddinin aşılmasının təhlükəsi barədə xəbərdarlıq edib.

"Viaqra qəbulu elə də göründüyü qədər zərərsiz deyil. Dozanı bilmədən insan özünü ölümə atmış olur. Xüsusən yaşlı kişilər. Yuxarı yaş qrupu bilməlidir ki, bu dərmandan ürək dayana bilər.

Gənc kişilər isə tez-tez bu dərmanı içdikdə qan dövranı pozulur, tromb əmələ gəlir. Əgər onlar vaxtında qan durulducu qəbul etməsə, damarlar tıxana bilər. Bu halda isə onlara əməliyyat lazım olacaq. Bundan sonra ola bilər ki, ömürlük impotent qalsınlar.

Viaqranı dozası ilə birgə yaşa və ürəyin durumuna, potensiyaya uyğun həkim androloq təyin etməlidir. Viaqra elə belə vitamin deyil, özbaşına aptekdən alıb, ürəyin istəyəndə içəsən", - deyə həkim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.