Maraqlı

Ürək və beyin sağlamlığı üçün vacib qidalar

26 Mart 2022 19:35
0 Şərh     Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər bildirirlər ki, antioksidan flavonoidlər ürək və beyin sağlamlığını qoruyur. Bəs onların hansı məhsulların tərkibindədir?
Qaragilə, ispanaq və tünd şokolad flavonoidlərlə zəngin qidaların yalnız bir neçəsidir. Elmi araşdırmalara görə, bu maddələr xərçənglə mübarizə aparır, beyni sağlam saxlayır və ürək xəstəliklərinin inkişaf ehtimalını azaldır.

Üstəlik, bu cür maddələr qırışları hamarlamaq üçün də istifadə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Texas Texniki Universitetinin (ABŞ) qidalanma üzrə dosenti Kristina Petersenin sözlərinə görə, analoji effekt flavonoidlərin antioksidant olması və orqanizmə iltihab əleyhinə təsir göstərməsi sayəsində əldə edilir.
Antioksidanlar həmçinin yaşlanma əlamətləri ilə də mübarizə aparır.
Flavonoidlərin səviyyəsi qoz-fındıq, lobya, bəzi tərəvəz və meyvələrdə də yüksəkdir. /oxu.az/
Petersenin qeyd etdiyi kimi, flavonoidlər bir çox qidalarda olur. Onların arasında hər cür giləmeyvə (albalı daxil olmaqla), alma, üzüm, yaşıl yarpaqlı tərəvəzlər (kələm, kahı, ispanaq), soğan, sarımsaq, soya, lobya, qara şokolad da var.
Bununla yanaşı, qırmızı şərab, yaşıl və qara çay da faydalı birləşmələrlə zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.