Maraqlı

Şirniyyat və şokolad sevənləri hansı xəstəliklər gözləyir?

27 Fevral 2022 16:00
0 Şərh     Baxış: 1 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Ginzburq soda, şirniyyat və qənnadı məmulatlarından sui-istifadənin təhlükələrindən danışıb.

O, qeyd edib ki, ləzzətli qidaların qəbulunun gecikmiş nəticələri tədricən üzə çıxır. Bu fəsadlar illər keçdikcə ciddi xəstəliklərə səbəb ola bilər: ikinci tip şəkərli diabet, diabetik daban, korluq, böyrək çatışmazlığı və s.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qazlı işkilərə gəldikdə, Ginzburqun fikrincə, onlar bədəndən fosforu yuyub aparır və hipertoniyanın inkişafına səbəb olur.

Həkimin sözləinə görə, şirniyyat xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, bu məhsullar sayəsində onlarda piylənmə inkişaf edə bilər ki, bu da özlüyündə ciddi nəticələrə gətirib çıxaracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.