Maraqlı

Alişanla Buse boşanır

9 Fevral 2022 12:56
1 Şərh     Baxış: 1 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Alişanla aktrisa həyat yoldaşı Buse Varol boşanır.

Milli.Az olay-a istinadən xəbər verir ki, cütlük ötən gün boşanacaqları barədə yayılan xəbərləri təkzib etsə də, bildirilir ki, onlar məhkəmə prosesinin gizli şəkildə aparılmasının lehinə olublar.

Ona görə də mediadan bu barədə xəbərləri gizlətməyə çalışıblar.

Bir müddətdir cütlüyün ayrıldığı iddia olunurdu. Bir neçə gün əvvəl Alişanın qızı Elizin doğum gününə qatılmaması, eləcə də, növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə qatılmaması bu iddiaları daha da gücləndirmişdi.

Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.